Yeni qanun layihələri Milli Məclisin gündəliyində müzakirə olunub

 Yeni qanun layihələri Milli Məclisin gündəliyində müzakirə olunub
Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il mayın 27-də keçiriləcək iclasının gündəliyinə enerji sektoruna dair bir sira yeni qanun layihələri qəbul edilib. Bunların sırasına aşağıdakılar daxildir:
1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
2. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
3. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  (ikinci oxunuş).