Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır

 Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır

Azeri light markalı Azərbaycan neftinin hər bareli üçün qiyməti dünən ilə müqayisədə 0.2% azalaraq 84.95 ABŞ dollarına təklif olunur.

Digər neft markalarının qiymətlərində də cüzi azalma müşahidə olunur. Belə ki, Brent və URALS markalı neftin hər barelinin qiymətləri uyğun olaraq 0.4% və 0.5% azalaraq, 83.33 və 79.69 ABŞ dollarına təklif olunur.  WTI markalı neftin qiymətində əksinə 0.6% isə artım müşahidə olunaraq, 81.02 ABŞ dollarına təklif olunur.