Azərbaycan neftinin qiyməti 84 dollara yaxınlaşır

 Azərbaycan neftinin qiyməti 84 dollara yaxınlaşır

Azeri Light markalı Azərbaycan neftin bir barreli üçün qiyməti dünya neft birjalarında dünənki qiyməti ilə müqayisədə 1% artıb. Dünən 82.93 ABŞ dollarına ticarət olunan Azərbaycan neftinin  bir barrelinin qiyməti 1.17 % artaraq bugün 83.9 ABŞ dollarına ticarət olunur.

Brent markalı neftin qiymətində də artım müşahidə olunsa da, WTI markalı neftin qiymətində azalma olub. Belə ki, BRENT markalı neftin 1 barreli dünənə nisbətən 1.51% artaraq 82.76 ABŞ dolları olub.

WTI markalı nefin 1 barrelinin qiyməti isə dünənə nisbətən 1.56% azalaraq 79.06 ABŞ dollarına ticarət olunur.