2025-ci ilin yanvar-aprel aylarında ölkədə 16,7 milyard kubmetr təbii qaz hasil edilib
Azərbaycan neftinin qiyməti 84 dollara yaxınlaşır

Azeri Light markalı Azərbaycan neftin bir barreli üçün qiyməti dünya neft birjalarında dünənki qiyməti ilə müqayisədə 1% artıb. Dünən 82.93 ABŞ dollarına ticarət olunan Azərbaycan neftinin bir barrelinin qiyməti 1.17 % artaraq bugün 83.9 ABŞ dollarına ticarət olunur.
Brent markalı neftin qiymətində də artım müşahidə olunsa da, WTI markalı neftin qiymətində azalma olub. Belə ki, BRENT markalı neftin 1 barreli dünənə nisbətən 1.51% artaraq 82.76 ABŞ dolları olub.
WTI markalı nefin 1 barrelinin qiyməti isə dünənə nisbətən 1.56% azalaraq 79.06 ABŞ dollarına ticarət olunur.