2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Azərbaycan iyul ayında neft hasilatını artırmaq planına razılıq verib
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 17-ci iclasında iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib.
Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə keçirilən iclasda Azərbaycan da “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 mln. barrel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.
Qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması barədə öhdəliyi iyulda gündəlik 98 min barrel olaraq qalacaq. Bu isə xam neft hasilatının 10 min barrel artırılması deməkdir. Beləliklə, iyul ayında ölkədə xam neft hasilatı gündəlik 620 min barrel həcmində saxlanılacaq.