Azərbaycan etibarlı enerji təchizatçısıdır

 Azərbaycan etibarlı enerji təchizatçısıdır

Energetika naziri Pərviz Şahbazov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergeri qəbul edib.

Görüşdə enerji sahəsində ikitərəfli əlaqələr, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısına və dəhlizin genişlənmə perspektivlərinə  dair müzakirələr aparılıb.

Energetika naziri Pərviz Şahbazov Məşvərət Şurasının VIII iclasının məhsuldar keçdiyini və bu toplantının Cənub Qaz Dəhlizinin gələcək inkişafı üçün faydalı olduğunu bildirib.

Görüşdə ABŞ  səfiri təbii qazın enerji keçidində mühüm rol oynayacağını, buna görə də təbii qaz layihələrinə investisiyaların təşviqinin vacib olduğunu qeyd edib. O, Azərbaycanın etibarlı enerji təchizatçısı olduğunu vurğulayıb.  

Söhbət zamanı bərpa olunan enerji layihələri ilə bağlı da fikir mübadiləsi aparılıb. Yaşıl enerjinin ixracı və gələcəkdə hidrogen istehsalı imkanları, eləcə də beynəlxalq şirkətlər ilə əməkdaşlıq məsələləri müzakirə edilib.