2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Azərbaycanda Dənizdə Külək Enerji Potensialı Qiymətləndirilib
Dünya Bankı və ESMAP-ın (Enerji Sektorunda İdarəetməyə Yardım Proqramı) birgə əməkdaşlığı ilə Azərbaycanın suda külək enerjisinin texniki potensialı ilkin olaraq qiymətləndirilib. Əldə olunan nəticələrə görə Xəzər dənizində suyun dərinliyinin 50 m-dən kiçik olduğu yerlərdə sabit konstruksiyada quraşdırıla bilən külək qurğularının gücü 35 QVt, suyun dərinliyinin 1000m-dən kiçik olan hissəsində üzən konstruksiyada külək enerji potensilı 122 QVt qiymətləndirilmişdir. Aparılmış araşdırmanın nəticəsinə əsasən Azərbaycanın dənizdə külək enerji potensialı 157 QVt təşkil edir.
Azərbaycan Respublikasnın Energetika Nazirlii ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası arasında bağlanmış anlaşma memorandumuna görə Azərbaycanda dənizdə külək enerjisi potensialının qiymətləndirilməsi, bu istiqamətdə yol xəritəsinin işlənib-hazırlanması, dənizdə pilot layihələrin icra edilməsi, müvafiq layihələrlə bağlı tenderlərin təşkilinə dəstəyin göstərilməsi, özəl sektorla tərəfdaşlığın müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi istiqamətində layihələr yerinə yetiriləcəkdir.
Məlumat üçün qeyd edilməlidir ki, dənizdə külək enerji potensialının qiymətləndirilməsi, ötürmə şəbəkənin gücü, elektrik şəbəkəsinə inteqrasiya məsələlləri, dəniz yolları, neft-qaz kəmərlərinin keçdiyi yollar, miqrasiya yolları, balıqçılığa təsirləri və digər logistik məsələllər nəzərə alınmaqla yerinə yetirilir.