Azərbaycan qazı Bolqarıstana çatdırılıb

Bugün, Azərbaycan qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan Interkonnektorunun (IGB) təntənəli açılışı keçiriləcək. Acılış mərasimi Yunanıstanın Komotini şəhərində keçiriləcəkdir. İGB vasitəsilə Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qaz Bolqarıstana çatdırılacaqdır.
Bu məqsədlə, Energetika naziri Pərviz Şahbazov Yunanıstan-Bolqarıstan Interkonnektorunun (IGB) açılış mərasimində iştirak etmək üçün Yunanıstana yola düşüb.