2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının Milli müdafiə komissiyasının sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə uzun tarixə malik Azərbaycan-Əlcəzair münasibətlərinin yeni mərhələdə inkişafında enerji sahəsində əməkdaşlığın rolundan bəhs edilib. “OPEC+”, GECF formatlarında, həmçinin iki ölkənin müvafiq nazirlikləri, eləcə də SOCAR və “Sonatrach” şirkətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib. Bu əlaqələrin daha da möhkəmləndirilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası, qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi və enerji sahəsində potensialın reallaşdırılması baxımından Birgə İşçi Qrupunun fəaliyyətə başlamasının əhəmiyyəti vurğulanıb. Birgə İşçi Qrupunun iyunda “Bakı Enerji Həftəsi” çərçivəsində planlaşdırılan ilk iclasının neft-qaz sahəsi ilə yanaşı, bərpa olunan enerji və enerji səmərəliliyi üzrə də əməkdaşlıq üçün imkanlar yaradacağı qeyd edilib.
Söhbət zamanı ikitərəfli əlaqələrin digər aspektləri üzrə də fikir mübadiləsi aparılıb.