Avqust ayında ölkədə elektrik enerjisi istehsalı artıb

 Avqust ayında ölkədə elektrik enerjisi istehsalı artıb

2021-ci ilin yanvar-avqust ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2767,4 mln. kVt·st, ixracı 150,6 mln. kVt·st, idxalı 10,5 mln. kVt·st olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 611,2 mln. kVt·st, ixrac 49,1 mln. kVt·st artıb, idxal isə eynilik təşkil edib.