2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
AREA-nın direktoru Pakistana səfəri çərçivəsində Mineral İnvestisiya Sammitində iştirak edib
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Pakistanda səfərdədir.
Səfər çərçivəsində Pakistanın Energetika Nazirliyinin Alternativ Enerjinin İnkişafı Şurasının baş icraçı direktoru, Özəl Enerji və İnfrastruktur Şurasının icraçı direktoru Şah Cahan Mirzə ilə görüş keçirilib. Görüşdə Azərbaycanın bərpa olunan enerji potensialı, bu potensialın reallaşdırılması üzrə həyata keçirilən tədbirlər və ixrac imkanları diqqətə çatdırılıb. Pakistan şirkətləri gələcəkdə həyata keçiriləcək bərpa olunan enerji hərraclarında iştiraka dəvət edilib. Şah Cahan Mirzə Pakistanın energetika sahəsindəki islahatlar, bərpa olunan enerji sahəsinin inkişafı barədə məlumat verib.
Daha sonra AREA-nın direktoru Mineral İnvestisiya Sammitində iştirak edib.