ASAN və bp könüllülər akademiyası məzunlarına sertifikatlar təqdim edib
AREA-nın direktor müavini “Baku Connect” tədbirində iştirak edib
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Aygün Zeynalova Böyük Britaniya Səfirliyi ilə Enerji Sənayeləri Şurası (EIC) tərəfindən birgə keçirilən “Baku Connect” adlı tədbirdə iştirak edib.
Aygün Zeynalova “Azərbaycanın enerji bazarına baxış və layihə imkanları” adlı sessiyada “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji koridoru: Yaşıl Enerjinin İnkişafı və Ötürülməsi Konsepsiyası” adlı təqdimatla çıxış edib. Çıxış zamanı Azərbaycanın yaşıl enerji hədəfləri, bərpa olunan enerji layihələri, xarici şirkətlərlə imzalanmış müqavilələr, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında imzalanmış Yaşıl Enerjinin İnkişafı və Ötürülməsinə dair Strateji Saziş çərçivəsində görülən işlər və atılmalı olan addımlar müzakirə edilib.
Tədbirdə 50-dən çox şirkətin nümayəndələri iştirak edib.