2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
AREA-nın əməkdaşları “MDB-nin əməkdar energetiki” medalı ilə təltif olunublar
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) əməkdaşlarına “MDB-nin əməkdar energetiki” vəsiqə və medalları təqdim olunub.
AREA-nın direktoru Cavid Abdullayev ölkəmizdə energetika sahəsində həyata keçirilən islahatlar, yaşıl enerjinin inkişafı sahəsində atılan addımlar barədə danışıb.
Dövlət Agentliyinin Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdiri Fəqan Abdurəhmanov, şöbə müdirinin müavini Sahib Xəlilov, Dövlət Agentliyinin nəzdindəki “Azalternativenerji” MMC-nin Marketinq və dizayn şöbəsinin müdiri Rasim Məmmədov “MDB-nin əməkdar energetiki” fəxri adları və medalları ilə təltif olunublar.
Cavid Abdullayev əməkdaşları fəxri ada layiq görülmələri münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.