2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
ARDNF-nin 2021-ci ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 10 444,5 milyon manat, büdcə xərcləri isə 7 328,2 milyon manat təşkil etmişdir.
2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 178,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 384,4 milyon manat, bonus ödənişləri 772,0 milyon manat, tranzit gəlirləri 16,5 milyon manat, akrhesabı ödənişlər 5,3 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 266,3 milyon manata bərabər olmuşdur.
Cari ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 7 309,7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 3,4 milyon manat yönəldilmişdir. 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 15,1 milyon manat təşkil etmişdir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 1 990,6 milyon manat təşkil etmişdir.
2021-ci il sentyabr ayının 30-a ARDNF-nin aktivləri 2021-ci ilin əvvəlinə (43 564,3 milyon ABŞ dolları) nisbətən 1.52% artaraq
44 226,4 milyon ABŞ dolları təşkil etmişdir.
Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır.