Aprel ayında respublikada elektrik enerjisi istehsalı artıb

 Aprel ayında respublikada elektrik enerjisi istehsalı artıb

Energetika Nazirliyindən əldə olunan operativ məlumatlara əsasən, 2021-ci ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 99,4 mln. kVt·st artaraq 2022,9 mln. kVt·st olub. Ay ərzində elektrik enerjisinin ixracı 47,5 mln. kVt, idxalı isə 15,0 mln. kVt·st təşkil edib. Bu da ixracda ötən ilin eyni dövrü ilə müqayisədə 30 mln. kVt saat artımın, idxalda isə 2.5 mln. kVt saat azalmanın olmasını göstərir.