2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Almaniya hidrogen layihələrinə 10 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq
Almaniya iki həcmli hidrogen layihələrini maliyyələşdirmək üçün 8 milyon avro (9.74 milyard ABŞ dolları) sərmayə yatıracaqdır. Bu barədə şənbə günü İqtisadiyyat və Nəqliyyat Nazirləri məlumat veriblər. Məqsəd, iqlim hədəflərini ödəmək üçün yanacağa alternativ olacaq hidrogenin miqyasını böyütməkdir.
Kimya, metal, nəqliyyat sənayelərini dəstəkləyən 62 Alman layihəsi, Hidrogen-IPCEI adlanan birgə Avropa hidrogen layihəsinin hissəsidir. Bunu nazirlər öz bəyanatlarında bildiriblər.
Biz iqlim yönümlü nəqliyyat vasitələrinə keçidi zəruri şəkildə təşfiq etməliyik. Bu barədə Nəaliyyat Naziri Andreas Scheuer öz bəyanatında bildirib.
CO2 emisiyalarının azaldılması ilə bağlı daha ambisiyalı hədəflər üzrə ölkənin aparıcı məhkəməsinin təkidi ilə əhəmiyyətli qərarın verilməsindən sonra Almaniya təmiz enerjiyə keçidi sürətləndirməyə çalışır.
Yaşıl hidrogen, elektroliz ilə istehsal olunan sıfır karbonlu yanacaq olub, külək və günəş kimi bərpa olunan enerjidən istifadə olunmaqla suyu hydrogen və oksigenə ayırır.
Bu barədə məlumat https://www.reuters.com/ istinadən təqdim olunur.