“Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nın təsdiq edilməsi və aktiv istehlakçılar tərəfindən bərpa olunan enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin güc həddinin müəyyən edilməsi haqqında Qərar

 “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nın təsdiq edilməsi və aktiv istehlakçılar tərəfindən bərpa olunan enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin güc həddinin müəyyən edilməsi haqqında Qərar
“Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nın təsdiq edilməsi və aktiv istehlakçılar tərəfindən bərpa olunan enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin güc həddinin müəyyən edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R

“Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nın təsdiq edilməsi və aktiv istehlakçılar tərəfindən bərpa olunan enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin güc həddinin müəyyən edilməsi haqqında  “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021- ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Aktiv istehlakçı tərəfindən bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsal edən elektrik stansiyasının gücü 150 kVt (150 kVt da daxil olmaqla) həddində müəyyən edilsin.
3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6- 1-ci bəndinə uyğun edilə bilər.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 28 sentyabr 2023-cü il
№ 346

 

https://nk.gov.az/az/senedler/qerarlar/aktiv-istehlakcinin-desteklenmesi-mexanizminin-tet-7435