2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
AÇG Qərbi Azəri platformasından 1 milyard barel neft hasilatını qeyd edir
Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının operatoru kimi bp AÇG layihəsindəki tərəfdaşları – “SOCAR”, “MOL”, “İNPEX”, “Equinor”, “ExxonMobil”, “TPAO”, “ITOCHU”, “ONGC Videsh Limited (OVL)” – adından qürurla bəyan edir ki, 12 dekabr tarixində Qərbi Azəri platformasından bir milyardıncı barel neft hasil edilib.
Qərbi Azəri Xəzər dənizində AÇG yatağının yeddi hasilat platformasından biridir. 1997-ci ilin noyabrında AÇG-dən ilk neft əldə olunandan bəri ümumilikdə çıxarılmış 4,3 milyard barel neft hasilatına bu platformanın əhəmiyyətli töhfəsi var.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov dedi: “Bu, ikinci AÇG platformasıdır ki, ümumi neft hasilatında 1 milyard barel xəttini adlayıb ikinci milyard barelin yoluna çıxır. Bu əlamətdar mərhələyə çatan ilk platforma isə Mərkəzi Azəri olub. Mərkəzi Azəri bu xəttə digər platformalardan daha tez – 2021-ci ilin iyul ayında çatmışdı.
İndi isə 1 milyard barel neft hasil etmiş daha bir platformamız var – Qərbi Azəri. Ümid edirik ki, AÇG-də bu möhtəşəm uğur silsiləsi davam edəcək. Bu sevindirici nailiyyətə töhfə vermiş bütün işçi heyətlərini təbrik edirəm və onlara təhlükəsiz və səmərəli fəaliyyətlərinə və mükəmməl iş icrasına görə öz təşəkkürümü bildirirəm. Xüsusilə də, ilk gündən indiyədək Qərbi Azəridə çalışan və platformanın bütün uğurlarında imzası olan işçilərimizi təbrik edir və onlara “çox sağ olun” deyirəm.”