ACE platformasının üst modulları tamamlanıb

 ACE platformasının üst modulları tamamlanıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azəri Mərkəzi Şərqi (ACE) platformasının üst modullarının inşa edildiyi Bayıl tikinti-quraşdırma sahəsinə səfərinə ev sahibliyi edib. Cənab Prezident artıq tikinitsi başa çatmış üst modullar qurğusunu gəzərək 2023-cü ilin ikinci rübündə dənizə öz daimi yerinə yola salınacaq bu obyektin rəsmi açılışını edib. ACE platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19600 tondur.Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində Azfen şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib. Hazırda tikinti işlərinin və sahə istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqlar artıq 95% tamamlanıb.