Abşeron Yarımadasının Dayazsulu Hissəsində ikinci kəşfiyyat quyusunun qazılmasına başlandı

 Abşeron Yarımadasının Dayazsulu Hissəsində ikinci kəşfiyyat quyusunun qazılmasına başlandı

bp Abşeron Yarımadasının Dayazsulu Hissəsi (SWAP) layihəsinin operatoru olaraq bildirir ki, “Satti” özüqalxan qazma qurğusu ikinci geoloji-kəşfiyyat quyusunu qazmaq üçün Bibiheybət perspektiv sahəsinə keçirilmişdir. Qazma qurğusunun bundan əvvəl qazma əməliyyatları həyata keçirdiyi  Şimal Xali sahəsindəki ilk kəşfiyyat quyusu ilkin layihə və plana uyğun olaraq bağlanmışdır.

İkinci quyunun qazma əməliyyatları  11 dekabr tarixində başlanmışdır və təqribən dörd aya bitməsi planlaşdırılır. Bundan sonra əgər qiymətləndirmə işləri aparmaq lazım gələrsə, kollektor haqqında əlavə məlumat toplamaq üçün qazma əməliyyatlarının daha bir ay davam edəcəyi də gözlənilir.

İkinci kəşfiyyat quyusunun qazma işləri  Abşeron Yarımadasının Dayazsulu Hissəsi üzrə müqavilə sahəsinin qərb perspektiv hissəsində sahildən təqribən 1,5 km aralı suyun dərinliyi təqribən 7 metrə çatan ərazidə həyata keçirilir. Quyunun ümumi dərinliyinin 4400 metrə çatacağı planlaşdırılır.

bp Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsinin operatordur və hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) 25% iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR – 50% və  LUKOİL  –  25%.