“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub

 “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub

15 aprel 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəfin, “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazın və XRG-nin beynəlxalq aktivlərin idarə edilməsi üzrə baş vitse-prezidenti Bassem Tadrosun iştirakı ilə görüş keçirilib.

Görüşdə “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər, əldə olunan nəticələr, növbəti icra mərhələləri üçün nəzərdə tutulan addımlar müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.