bp-nin vitse prezidentinin Azərbaycana səfəri baş tutub

 bp-nin vitse prezidentinin Azərbaycana səfəri baş tutub

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Qordon Birrel Azərbaycanda  planlaşdırılmış işgüzar səfərdədir.

Səfər proqramı çərçivəsində cənab Birrel Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədov, iqtisadiyyat naziri cənab Mikayıl Cabbarov və SOCAR-ın prezidenti cənab Rövşən Nəcəflə də görüşüb. Bu görüşlərdə bp-nin Azərbaycanda icraçısı olduğu enerji layihələrinin irəliləyişi, həmçinin şirkətin dünya üzrə və regiondakı biznesinin prioritetləri və gedişi müzakirə olunub.