SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

 SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

25 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşüb.

Görüşdə SOCAR ilə “DeGolyer and MacNaughton” şirkəti arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Tərəflər yataqların işlənmə planının optimallaşdırılması, ehtiyatların dəqiqləşdirilməsi, inteqrasiya olunmuş modellərin hazırlanması istiqamətləri üzrə görülən işləri nəzərdən keçirib və qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən geotermal enerji, karbonun tutulması və saxlanılması (CCUS) barədə fikir mübadiləsi aparıblar.