2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri ilə görüş keçirilib
Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Sloveniya Respublikasının ətraf mühit, iqlim və energetika naziri Bojan Kumerlə görüşüb. Görüşdə ölkələrimiz arasında təbii qaz və bərpa olunan enerji mənbələri də daxil olmaqla ikitərəfli və çoxtərəfli enerji əməkdaşlığının gündəliyinə daxil olan məsələlər
müzakirə edilib. “SOCAR” və “Geoplin” arasında qaz təchizatı sahəsində imzalanmış Anlaşma Memorandumunun əməkdaşlığın genişləndirilməsi və Sloveniyanın enerji təhlükəsizliyinə töhfə verilməsi çərçivəsində əhəmiyyəti vurğulanıb.
Sloveniyalı nazir ölkəsinin enerji sistemi və enerji keçidi planları haqqında ətraflı məlumat verib. Nazir Pərviz Şahbazov isə Azərbaycanda beynəlxalq tərəfdaşlarla özəl investisiya hesabına həyata keçirilən sənaye miqyaslı yaşıl enerji layihələri, bərpa olunan enerjinin ixracı planları haqqında danışıb.
Görüş zamanı, həmçinin energetikanın müxtəlif istiqamətləri üzrə mövcud əlaqələrin
genişləndirilməsi imkanları nəzərdən keçirilib.