2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddinin müəyyən edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
N A Z İ R L Ə R K A B İ N E T İ
Q Ə R A R
Sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddinin müəyyən edilməsi haqqında “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanının 2.2.4-cü yarımbəndinin 2-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddi 5 000 000 (beş milyon) kilovat-saat və ondan yuxarı müəyyən edilsin.
2. Bu Qərar 2025-ci il 1 iyul tarixindən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 1 fevral 2024-cü il
№ 64