2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Yanvar – fevral aylarında ölkədə elektrik enerjisi istehsalı artıb
2023-cü ilin yanvar-fevral ayları üzrə operativ məlumatlara əsasən, bu ilin ilk 2 ayı ərzində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 282,3 mln. kVt·st, yəni 5,8 % artaraq 5 176,9 mln. kVt·st olub.
Hesabat dövründə ötən ilin yanvar-fevral aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 313,7 mln. kVt·st artaraq 4 998,8 mln. kVt·st, SES-lərdə 33,0 mln. kVt·st azalaraq 121,6 mln. kVt·st, digər mənbələr üzrə (KES, GES və BMTZ) isə 1,54 mln. kVt·st artaraq 56,5 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 9,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 8,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 39,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2023-cü ilin 2 ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 4 712,7 mln. kVts (İES-lərdə 4 598,0 mln. kVt·st, SES-lərdə 114,7 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 55,21 mln. kVt·st (İES-lərdə 41,47 mln. kVt·st, SES-lərdə 6,09 mln. kVt·st, Günəş ES-də 7,65 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,7 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 402,3 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin idxalı 21,0 mln. kVt·st, ixracı isə 840,1 mln. kVt·st olub.
Qeyd edək ki, cari ilin fevral ayı ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 82,5 mln. kVt·st və ya 3,5 % artaraq 2417,1 mln. kVt·st olub.
Ay ərzində elektrik enerjisinin idxalı 10,13 mln. kVt·st, ixracı isə 335,8 mln. kVt·st təşkil edib.