2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
AREA-nın direktoru Polşa səfiri ilə görüşüb
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Polşa Respublikasının fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə görüşüb.
Cavid Abdullayev Azərbaycanla Polşa arasında əlaqələrin müxtəlif sahələrdə uğurla davam etdiyi qeyd edib. Azərbaycanın yüksək bərpa olunan enerji potensialının olduğu və bu istiqamətdə meqalayihələrin həyata keçirildiyini bildirib.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsi üzrə görüləcək işlər barədə məlumat verilib. Polşa şirkətlərinin bu layihələrdə iştirakı və əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Səfir bərpa olunan enerji sahəsində Polşanın təcrübəsini və təkliflərini Azərbaycanla bölüşməyə hazır olduğunu qeyd edib.