2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
“ZƏFƏRİN ENERJİSİ” filmi təqdim edilib
44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsi, bu proses zamanı mina təhlükəsi, soyuq, qar, şaxta, sıldırımlı dağlar, yolsuzluq, şəraitsizlik, sıx meşəlik və çətin relyef olmasına baxmayaraq görülən işlərlə bağlı “AzərEnerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzi tərəfindən “Zəfərin enerjisi” adlı film hazırlanıb. Ümumilikdə 22 enerji obyekti üzrə 4 su elektrik stansiyası, 9 rəqəmsal yarımstansiya və 1 Regional Rəqəmsal İdarəetmə Mərkəzi tikilrək Prezident İlham Əliyevin iştirakıyla istismara verilməsi, 5 yerdə kiçik su elektrik stansiyası və 3 yerdə yarımstansiyanın tikintisinin davam etməsinbən bəhs edilən filmdə qeyd edilir ki, 30 illik həsrətdən sonra işğaldan azad edilən bütün rayonlarda bu gün artıq Azərbaycan işığı yanır.