Energetika nazirinin Vyanaya səfəri başlayıb

 Energetika nazirinin Vyanaya səfəri başlayıb

Energetika naziri Pərviz Şahbazov oktyabrın 5-də keçiriləcək “OPEC plus” ölkələri nazirlərinin 33-cü iclasında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edib.

Tədbir COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin martından bəri ilk dəfə oflayn rejimdə keçiriləcək.

Qeyd edək ki, Azərbaycan “OPEC plus” razılaşmasının iştirakçısıdır.