2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib. İclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə qoşulma: Elektrik”” indikatoru üzrə Diaqnostika Matrisasının yekun variantı təqdim edilib, bu sahədə görülən işlər haqqında məlumat verilib. İndikator ilə bağlı müvafiq sahədə təkmilləşdirmənin həyata keçirilməsinə dair 2022- 2023-cü illər üzrə Yol Xəritəsinin ilkin layihəsi müzakirəyə çıxarılıb. Sənəd layihəsinə iclas iştirakçıları tərəfindən səsləndirilən təkliflərin əlavə olunması və təsdiq edilmək üçün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyaya təqdim edilməsi qərara alınıb.