2022-ci ilin II rübündə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumat

 2022-ci ilin II rübündə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumat

2022-ci ilin ikinci rübündə SOCAR qazma üzrə əhəmiyyətli artıma nail olub. Şirkət tərəfindən 20 min metrə1 yaxın qazma işləri həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,5% çoxdur.Hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan2 çox neft, 2 milyard kubmetrə3 yaxın qaz hasil olunub. Ölkə üzrə ümumilikdə 8,1 milyon tondan4 çox neft və 11,6 milyard kubmetrdən5 çox qaz hasil edilib. Dövr ərzində ölkə üzrə qaz hasilatı 16,7 % artıb.

Hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,9 milyon tondan6 çox xam neft, Gürcüstan bazarına isə 144 milyon kubmetrə7 yaxın təbii qaz ixrac olunub. Ümumilikdə isə ölkə üzrə qaz ixracı 36% artımla təqribən 5,5 milyard kubmetrə8 yüksəlib. SOCAR-ın dünya bazarına ixrac etdiyi neftin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 17,6%, Gürcüstana ixrac etdiyi qaz həcmləri isə 48,1% artıb. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edir.

Şirkətin Azərbaycandakı emal kompleksində 1,2 milyon tona9 yaxın neft, 869 milyon kubmetrə10 yaxın təbii qaz emal olunub. Qaz emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% artıb. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 403 min tondan11 çox neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı ötən ilin analoji dövrü ilə müqayisədə 3% artaraq 2,2 milyard kubmetr12 təşkil edib. “Karbamid” və “Metanol” zavodlarının istehsal həcmlərinin artımı, həmçinin ölkədə qazlaşdırma səviyyəsinin yüksəlməsi qaz istehlakının artımını şərtləndirib.

Qeyd: Mətndə qeyd olunan rəqəmlər oxunaqlılıq məqsədi ilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib.

119.874 metr

21.940.164 ton

31.955.624.516 kubmetr

4 8.126.031 ton

511.613.518.460 kubmetr

64.934.277 ton

7143.797.469 kubmetr

85.454.456.000 kubmetr

91.151.720 ton

10868.848.122 kubmetr

11403.484 ton

122.223.116.000 kubmetr