2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
2022-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri
2022-ci ilin birinci rübündə SOCAR qazma üzrə artıma nail olmuşdur. Şirkət tərəfindən 18 min metrdən1 artıq qazma işləri həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan2 çox neft, 1,9 milyard kubmetrdən3 çox qaz hasil olunub. Neft və qaz hasilatında əvvəlki illə müqayisədə qismən artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 8,3 milyon tondan4 çox neft və 11,8 milyard kubmetr5 qaz hasil edilib. Dövr ərzində ölkə üzrə qaz hasilatı 13,5 faiz artıb.Hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,1 milyon tona6 yaxın xam neft, Gürcüstan bazarına isə 770 milyon kubmetr7 təbii qaz ixrac olunub. SOCAR-ın Gürcüstana ixrac etdiyi qaz həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 50,6 faiz artıb. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də ixrac edir. Ümumilikdə isə ölkə üzrə 6,7 milyon tona8 yaxın neft, 5,9 milyard kub metr9 qaz ixrac edilmişdir. Ölkə üzrə qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 14,7 faiz artım qeydə alınmışdır.
Şirkətin Azərbaycandakı emal kompleksində 1,6 milyon tona10 yaxın neft, 948 milyon kubmetrə11 yaxın təbii qaz emal olunmuşdur. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz artmışdır. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 561 min tona12 yaxın neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilmişdir. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı ötən ilin analoji dövrü ilə müqayisədə 9,3 faiz artaraq təqribən 4,8 milyard kub metr13 təşkil edib. Karbamid və Metanol zavodlarının istehsal həcmlərinin kəskin artımı, həmçinin ölkədə qazlaşdırma səviyyəsinin 96,3 faizə yüksəlməsi qaz istehlakının artımına təsir göstərib.
Qeyd: Mətndə qeyd olunan rəqəmlər oxunaqlılıq məqsədi ilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib.
1 – 18.340 metr
2 – 1.930.062 ton
3 – 1.917.971.000 kubmetr
4 – 8.338.643 ton
5 – 11.803.557 kubmetr
6 – 4.085.193 ton
7 – 770.274 kubmetr
8 – 6.656.324 ton
9 – 5.883.866.000 kubmetr
10 – 1.582.710 ton
11 – 47.524.612 kubmetr
12 – 560.504 ton
13 – 4.759.048.000 kubmetr