2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Enerji təchizatı şəbəkəsinə qoşulma qaydalarında dəyişiklik edilib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda dəyişiklik edilməsi barədə 21 fevral 2022-ci il tarixli 47 nömrəli qərarında bərpa olunan enerji istehlakçılarının şəbəkəyə qoşulması və onların müvafiq sayğaclar ilə təmin olunması öz hüquqi həllini tapıb. Qərarda aktiv istehklakçı anlayışına düzəliş edilməklə, burada bərpa olunan enerji mənbələri hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddinədək elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxs kimi müəyyən olub. Bu qərarla ailə və kiçik təsərrüfat sahiblərinin bərpa olunan enerji mənbələri hesabına elektrik enerji istehsalı və onların şəbəkəyə qoşulması hüquqi baxımdan həllini tapıb.
Qərarla daha yaxından tanış olmaq üçün keçidə daxil olun: https://nk.gov.az/az/document/5941/