Kibertəhlükəsizlik və Data Analitikası proqramları üzrə növbəti ödənişsiz təlimlər keçirilir

 Kibertəhlükəsizlik və Data Analitikası proqramları üzrə növbəti ödənişsiz təlimlər keçirilir

Kibertəhlükəsizlik və Data Analitikası proqramları üzrə növbəti ödənişsiz təlimlər başlanılır!

SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri şirkətindəki tərəfdaşları Kibertəhlükəsizlik və Data Analitikası üzrə Azərbaycanda yerli kadr potensialının gücləndirilməsi və bacarıqlarının artırılması məqsədilə “IBM Kibertəhlükəsizlik” və “Google Data Analitikası” üzrə peşəkar inkişaf proqramlarında 220 nəfərin iştirakını maliyyələşdirəcək.
Ümumilikdə 6 ay ərzində (01.04.2022-30.09.2022) “Coursera” onlayn təhsil platforması üzərindən təklif olunan peşəkar sertifikat proqramlarında SOCAR Midstream Sosial Sərmayələr komandası və icraçı təşkilat tərəfindən seçiləcək 220 nəfər (110 nəfər data analitikası, 110 nəfər kibertəhlükəsizlik üzrə) tam ödənişsiz iştirak etmək şansı əldə edəcək.

İştirakçıların seçim prosesi iki mərhələdə aparılacaq. Layihədə iştirak etməkdə maraqlı olan namizədlər ilkin mərhələdə linkə daxil olaraq, müraciət formunu doldurmalı və ingilis dilində qısa niyyət məktubu (150-200 söz) ilə cari ilin fevral ayının 28-dək müraciət etməlidir. Müraciət üçün link – https://lnkd.in/eHsywjmE

(qeyd: Google hesabı açılmalıdır!).

İkinci mərhələdə seçilmiş namizədlər ingilis dili və seçmək istədiyi sahə üzrə imtahan verəcək. Uğurlu namizədlər layihədə iştirak haqqı qazanacaq.

18-45 yaş arası müxtəlif peşələrdən olan şəxslər layihədə iştirak edə bilər. Dərslər “Coursera” təhsil platforması üzərindən onlayn formatda keçiriləcək. Layihə iştirakçılarına istifadəçi adı və kodu təqdim ediləcək. İştirakçı dərs saatlarını özünə uyğun təyin etməklə, hər həftə 8-10 saat təlimdə iştirak etməlidir. Bundan əlavə kurs materiallarını tam şəkildə mənimsəməsi və proqramı müvəffəqiyyətlə başa vurması üçün, iştirakçılar hər mövzu üzrə yerli təlimçi/mütəxəssis tərəfindən onlayn dəstək görüşlərində iştirak etməlidir.

Təlimi uğurla bitirmiş şəxslər hər proqram üzrə müvafiq olaraq Google tərəfindən “Data Analitikası” və IBM tərəfindən “Kibertəhlükəsizlik Analitiki” peşəkar sertifikatı əldə edəcək.
Layihə Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən həyata keçiriləcək. Proqram ilə bağlı suallarınızı və niyyət məktubunu [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd edək ki, “IBM Kibertəhlükəsizlik” və “Google Data Analitikası” peşəkar sertifikat proqramının birinci fazası 222 nəfərin iştirakı ilə ötən ilin oktyabr ayında start götürüb və cari ilin mart ayının 30-da tamamlanacaq.

#BTLM#ITPC#DATA#Data_Analytics#Cybersecurity