Oktyabrda ölkədə elektrik enerjisi istehsalı artıb
2021-ci ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2168,8 mln. kVt·st, ixracı 125,8 mln. kVt·st, idxalı 10,3 mln. kVt·st olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 273,1 mln. kVt·st, ixrac 66,0 mln. kVt·st artıb, idxal isə 0,4 mln. kVt·st azalıb.