2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Supsa terminalından AÇG nefti yüklənmiş 1000-ci tanker yola salınıb
bp-nin əməliyyatçısı olduğu Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) vasitəsilə nəql olunan Azəri-Çıraq-Günəşli (AÇG) nefti yüklənmiş 1000-ci tanker Qara dəniz sahilindəki Supsa terminalından yola salınıb.
İtaliyaya yola düşən “Stamos” adlı 1000-ci tankerə AÇG yatağından hasil olunmuş və Səngəçal terminalından başlayaraq Azərbaycan və Gürcüstan ərazisi boyunca təhlükəsiz şəkildə nəql edilmiş 650000 barel xam neft yüklənilmişdir.
bp-nin Gürcüstan üzrə vitse-prezidenti Aytən Hacıyeva: “Bakı-Supsa bp və tərəfdaşlarının həyata keçirdiyi ilkin neft layihəsinin mühüm bir hissəsidir və Gürcüstanda və regiondakı təhlükəsiz və etibarlı əməliyyatlarımızın gözəl nümunəsidir. Supsa terminalından 1000-ci tankerin yola salınması həm də bp-nin Gürcüstandakı fəaliyyətinin 25-ci ildönümünə təsadüf edən əlamətdar bir hadisədir.”
Bakı-Supsa boru kəməri 1999-cu ildə istismara veriləndən bəri 700 milyon bareldən çox neft nəql edib. Boru kəmərinin hazırkı ixrac həcmi gündəlik 100000 barel təşkil edir.
bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə ixrac boru kəmərləri üzrə meneceri Eldar Qaziyev: “İstismarda olduğu 20 ildən artıq müddətdə və 1999-cu ildə ilk tankerin yükləndiyi vaxtdan bəri Bakı-Supsa boru kəmərinin göstərdiyi əla iş icrası ilə həqiqətən fəxr edirik.”
AÇG üzrə iştirak payları aşağıdakı kimidir: “bp” (30.37%), “SOCAR” (25.0%), “MOL” (9.57%), “İNPEX” (9.31%), “Equinor” (7.27%), “ExxonMobil” (6.79%), “TPAO” (5.73%), “İTOCHU” (3.65%), “ONGC Videsh Limited (OVL)” (2.31%).