2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Gürcüstanda qazın qiyməti artacaq
“SOCAR Georgia Gas” şirkəti cari ilin dekabrın 1-dən Gürcüstanda qeyri-əhali abonentləri üçün qazın 1 kubmetrinin qiymətini 20 tetri (0,06 ABŞ dolları) artıracaq.
Qiymət artımından sonra “SOCAR Georgia Gas”ın tədarük edəcəyi 1 kubmetr qazın qiyməti 1,15 lari (0,36 dollar) təşkil edəcək.
Şirkətdən bildirilib ki, qeyri-əhali abonentlər üçün qiymət son 2,5 il ərzində sabit qalıb, lakin xidmət xərclərinin artması və milli valyutanın mübadilə qiymətinin dəyişməsi qiymətlərin artırılmasını zəruri edib.
Enerji Portalı məlumatı www.apa.az istinadən təqdim edir.