2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
9 Yaşayış binası qazlaşdırılıb
“Azəriqaz” İstehsalat Birliyi paytaxtla yanaşı, bölgələrdə də yeni yaşayış massivlərinin, kəndlərin, qəsəbələrin təbii qazla təmin edilməsi istiqamətində işləri sürətlə davam etdirir. Bu gün Salyan rayonunda 9 yaşayış binasının qazlaşdırılmasının açılış mərasimi baş tutub. Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və Birliyin digər rəhbər şəxsləri, Birlik yanında yaradılan “İctimai Şura”nın sədr və sədr müavini, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov da iştirak ediblər.
Rayonun 20 Yanvar və “RTS” adlanan küçələrində yerləşən 119 mənzildən ibarət 9 yaşayış binasının qazlaşdırılması üçün ikipilləli sistem əsasında ümumilikdə 2882 metr uzunluğunda müxtəlif diametrli borular vasitəsilə qaz xətti çəkilib. Hər bir mənzilə sonradan ödənişli sayğac quraşdırılıb.
Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi bu cür müraciətlərlə bağlı aksiyalarını davam etdirəcək.