2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışı olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə səfər zamanı 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak ediblər.
Kəlbəcər rayonunun Qamışlı kəndi ərazisində müasir avadanlıqlarla təchiz olunaraq inşa edilən yeni yarımstansiyada 80 MVA gücündə yeni transformatorlar quraşdırılıb. Yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılıb. “Kəlbəcər” yarımstansiyası məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulub və bunun üçün yeni idarəetmə binası tikilib. Burada ən yeni rəqəmsal texnologiyalardan istifadə edilib. 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyası qısa müddətə inşası həyata keçirilən layihələrdən biridir.
Qeyd edək ki, ermənilər tərəfindən enerji sistemi tamamilə dağıdılan Kəlbəcər rayonuna Daşkəsəndən 70 kilometr məsafədə 110 kV-luq yüksəkgərginlikli ikidövrəli elektrikötürmə xətti çəkilib. Murov dağını aşmaqla çəkilən xəttin bəzi anker dayaqları dəniz səviyyəsindən 3400 metr yüksəklikdə quraşdırılıb.