2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Enerji bazarına yeni xidmətlər daxil olur
22 iyun tarixli Milli Məclisdə ikinci oxunuşda qəbul olunan Enerji Resurslarından Səmərəli İstifadə və Enerji Effektivliyi haqqında qanunun 1 iyul, 2022-ci il tarixində qüvvəyə minməsi gözlənilir. Bu qanunun qüvvəyə minməsi ilə yerli bazarda bir çox yeni xidmətlərin formalaşması gözlənilir. Qanun, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edəcək, bu sahədə dövlət orqanlarının (qurumlarının), fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyəcəkdir.
Qanunun qüvvəyə minməsi ilə dövlət üzərində bir sıra vəzifələr qoyulur ki, bunların sırasına enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində normativ hüquqi bazanın qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması, enerji effektivliyi üzrə stimullaşdırıcı və təşviqedici mexanizmlərin həyata keçirilməsi, enerjiyə qənaət edən texnologiyalara və xidmətlərə investisiya qoyuluşunun dəstəklənməsi, enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin faydası, iqtisadi, ekoloji və sosial üstünlükləri haqqında enerji istehlakçılarının maarifləndirilməsi və məlumatlandırılması, enerji tarif siyasətinin optimallaşdırılması, enerji audit sisteminin fəaliyyətinin təmin edilməsi; enerji effektivliyi üzrə xidmət bazarının inkişaf etdirilməsi və digərləri daxildir.
Azərbaycanda enerji audit xidmətləri müvafiq tələb olmadığı üçün inkişaf etməyib və demək olar ki yox dərəcəsindədir. Bu bazarın formalaşdırılması və inkişaf etdirilməsi mexanizmi üzərində işləmək, stimullaşdırıcı və dəstəkləyici tədbirlər görmək dövlətin mühüm öhdəliklərindən birinə çevriləcəkdir.
Bazarın inkişaf etdirilməsi özlüyündə enerji auditor vəzifəsinə, baza biliklərinə tələblərin formalaşdırılmasını və onun müvafiq bilik və bacarıqlar ilə təmin olunmasını mexanizminin, enerji auditin keçirilməsinin vahid standartların formalaşdırılmasını, enerji auditorların sertifikatlaşdırılması mexanizminin yaradılmasını və eləcə də onların müvafiq alətlər ilə təchiz olunmasını tələb edir.
Enerji audit həm enerji menecment sistemlərinin tətbiqi çərçivəsində, həm də müstəqil şəkildə yerinə yetirilir. Qanunda enerji auditinin könüllü (Maddə 6.1) və məcburi (Madə 6.3) aparılması nəzərdə tutulur ki, məcburi enerji auditin 3 ildən bir keçirilməsi nəzərdə tutulur. Məcburi enerji auditin şamil olunacağı müəssisələr və onların meyarları, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəkdir.
Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, enerji auditoru, enerji sahəsində ixtisaslaşan yəni elektrik enerjisi, təbii qaz və energetika, avtomatika və enerji iqtisadiyyatı baza təhsil ixtisaslaşmasına malik mütəxəssislərin olması arzuolunandır. Yerli bazarda enerji xidmət sahəsində ixtisaslaşan şirkətlərin, xidmətlərini enerji audit xidmətlərinə şaxələndirilməsi daha perspektivli görünür.
Xatirladaq ki, 2014-2016 –cı illərdə Avropa Yenidənqurma və İnkişaf Bankının və Yaşıl İnkişaf Fondunun maliyyə dəstəyi ilə Azərbaycanda yerli bank sektorunun iştirakı ilə bir çox sahibkarlara yaşıl maliyyə mexanzmi çərçivəsinə kreditlər ayrılmış və bu kreditlərin ayırlmasında vacib meyar olaraq bir çox təsərüfatlarda enerji audit yerinə yetirilmişdir.
Qanunun qüvvəyə minməsi, eləcə də enerji menecment sistemlərinin də tətbiqini zəruri edir. Enerji menecment sistemərinin qurulması müəssisisə daxili idarəetmə sistemi olub, onun tətbiqinə dair tələblər müvafiq orqan tərəfindən müəyyən olunacaqdır. Müəssiələr özləri enerji menecment sisteminin qurulması hüququna malikdirlər.
Azərbaycanda bir çox müəssisələr ISO50001 Enerj Menecment sistemlərinin tətbiqini başlamış və müvafiq sertifikatlaşmaya nail olmuşdur. Lakin yerli tənzimləyici orqanların bu sahədə tələbi və nəzarəti olmadığı üçün bu sistemlərin tətbiqinə maraq olduqca aşağıdır. Yeqin etmək olar ki, enerji menecment sistemləri tətbiq etməyə maraqlı olan müəsssisələr müvafiq sahədə dünyada tanınan sertifikatlaşmaya maraq göstərəcəklər.
Enerji menecment sistemlərinin tətbiq tələblərindən biri də enerji meecerinin təyin edilməsidir ki, bu da qeyd olunan qanunla illik enerji istehlakı 1000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektlərində və tikinti ərazisi ən azı 10000 kvadrat metr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında məcburi olacaqdır.
Enerji menecerinin əsas vəzifələrindən biri də müəsisələrdə enerji menecment sistemlərinin qurulması ilə yanaşı, enerji istehlakının daimi yaxşılaşdırılmasına nail olmaqla yanaşı mütəmadi enerji audit xidmətlərinin keçirilməsinə rəhbərlik etməkdir. Enerji meneceri vəzifəsi də yerli bazarda yeni olub, müvafiq şəkildə ixtisaslaşma sahəsi həm yerli universitetlərin, həm də müvafiq tənzimləyici orqanların üzərinə onların sertifikatlaşdırılması və təlimatlandırılması üçün bir tələb qoyur.