Su elektrik stansiyasının tikinti işlərinin tamamlanmasına vəsait ayrılıb

 Su elektrik stansiyasının tikinti işlərinin tamamlanmasına vəsait ayrılıb

Bugün Azərbaycan Respublikasının Presidenti İlham Əliyev Araz çayı üzərində gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi çərçivəsində tənzimləyici beton bəndin tikintisinin başa çatdırılması üçün 5 milyon manat vəsaitin ayırılması üçün sərəncam imzalayıb. Vəsait Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılıb.

Sərəncamda qeyd edilən vəsaitin ayrılması Maliyyə Nazirliyinə həvalə olunub. Sərəncamla tanış olmaq üçün keçidə daxil olun.