2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Bərpa olunan enerji mənbələrindən istifadə haqqında qanun təsdiq edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 iyun 2021-ci il tarixində “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında Azərbaycan Respublikasının Qanunu” təsdiq edib.
Qanun, 5 fəsil və 20 maddədən ibarət olub, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Qeyd edək ki, bu qanundan irəli gələn məsəlləllərin həlli və müvafiq orqanların (qurumların) müəyyən olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti 12 iyul 2021-ci il tarixli fərman imzalayıb.