Tarif Şurası bir sıra kommunal xidmətlər üçün yeni qiymətlər müəyyənləşdirilib
ABŞ-ın neft ehtiyatları azalmaqda davam edir
Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə azalıb.
API-nin proqnozlarına istinadən verilən məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 7 983 min barel azalaraq təqribən 444 359 min barel təşkil edib.
Analitiklər ABŞ neft ehtiyatlarının 3 925 min barel azalacağını gözləyirdi.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında neftin qiymətinə əhəmiyyətli dərəcədə təsir edən faktorlardan biridir.
Məlumat www.apa.az istinadən təqdim edilir.