2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Beynəlxalq Enerji Agentliyinin məlumat bazası
Hamı üçün təhlükəsiz və dayanıqlı enerji!
Beynəlxalq Enerji Agentliyi, hökumət və sənaye ilə birgə əməkdaşlıqda çalışaraq hamı üçün təhlükəsiz və dayanıqlı enerji formlaşdırırmağa dəstək göstərir. Beynəlxalq Enerji Agentliyi enerjiy aid müxtəlif növ məlumat bazasını ödənişli və ödənişsiz əsaslarla təqdim edir.
Uyğun, dəqiq və vaxtında enerjiyə aid verilən məlumatlar və statistika, effektiv və səmərəli milli enerji siyasətlərini inkişaf etdirmək üçün əsas, eləcə də enerji sektorunda sərmayə üçün uzun müddətli planlaşdırmada əsas elementdir. Bu baxımdan, Beynəlxalq Enerji Agentliyi dünya ölkələrinə aid enerji göstəricilərinin ən səlahiyyətli və mürəkkəb mənbəyini təmin edir.
Beynəlxalq Enerji Agentliyi (BEA), enerji qiymətləri, ictimaiyyət üçün açıq tədqiqat və inkişaf, enerji səmərəliliyi üzrə tədbirlər daxil olmaqla enerji ilə bağlı əsas indikatorlara əlavə olaraq tələb və təklif üzrə enerji statistikasını toplayır, onları balansını tərtib edir, qiymətləndirir və yayılmasını təmin edir.
Sağlam göstəriciyə önəm verməklə ölkələrin enerji keçidlərində, xüsusilə təmiz enerji olmaqla, həm qısa müddətli dəyişmələri, həm də uzun müddətli trendləri izləmək və modelləşdirmək üçün vahid platformanı təmin edir.
BEA, yanacaq və enerji növləri üzrə, o cümlədən kömür, elektrik enerjisi, qaz neft və bərpa olunan enerji üzrə məlumatları keçiddə təqdim edir.
Bundan əlavə, BEA müxtəlif məlumatlar əsasında tərtib etdiyi təhlillər və qiymətlətləndirmələrdən ibarət hesabatlar hazırlayır ki, bunların bir qismi ödənişli əsaslarla, digər bir qismi isə səhifədə qeydiyyatdan keçməklə əldə edilə bilər.
BEA, eləcə də enerji sahəsində istifadəçilər üçün aşağıdakı faydalı alətləri online şəkildə ictimaiyyətə açıq təqdim edir.
Enerji İzləyiciləri üçün hava məlumatı
Enerji balansını qurmaq üçün Sankey diaqramı
2020-ci ilin Bərpa olunan enerj mənbələri üzrə məlumat bələdçisi