Beynəlxalq Atom Enerji Agentliyi

 Beynəlxalq Atom Enerji Agentliyi

Beynəlxalq Atom Enerji Agentliyi (https://www.iaea.org), nüvə sahəsində elmi və texniki əməkdaşlıq üçün dünyanın mərkəzi hökumətlərarası forumudur. O, beynəlxalq sülhə və təhlükəsizliyə, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə tövfə verməklə nüvə elmi və texnologiyasından təhlükəsiz və sülhsevər məqsədlər üçün istifadə olunması üçün fəaliyyət göstərir.

7 aprel 2021-ci il tarixinə kimi 173 ölkə agentliyin üzvüdür.

Beynəlxalq Atom Enerji Agentliyinin üzv ölkələrininin nümayəndələrindən ibarət Baş konfrans müntəzəm olaraq illik sessiyalarda, adətən sentyabr ayında, agentliyin büdcəsini, İdarəetmə Heyəti, Baş Direktoru və üzv ölkələr tərəfindən qaldırılan məsələllərə baxmaq və təsdiq etmək məqsədi üçün toplanır. 2021-ci ilin 20-24 sentyabr tarixlərində gentliyin 65-ci Baş Konfrans keçiriləcəkdir.

Agentliyin strukturunda bir neçə departament vardır.  Texniki Əməkdaşlıq Departamenti, Beynəlxalq Atom Enerji Agentliyinin inkişaf mandatını formalaşdırır və işinin yerinə yetirilməsinə məsuldur. Üzv ölkələri ilə agentliyin texniki əməkdaşlığının məqsədi, milli, regional və regionlararası səviyyələrdə əsas dayanıqlılıq inkişaf prioritetlərini əhatə etməklə nüvə elmi və texnologiyadan istifadəni dəstəkləyib sosial-iqtisadi təsirləri təşfiq etməkdir.

Nüvə Enerji Departamenti, dünyada  mövcud və yeni nüvə proqramlarını dəstəkləməklə dayanıqlı nüvə enerjisinin inkişafını yaradır. O, nüvə yanacağının dövrünə, nüvə qurğularının istismar dövrünə texniki dəstək göstərir və enerjinin planlaşdırılması, təhlili və nüvə informasiya və biliyin idarəolunmasında yerli potensialı formalaşdırır.

Agentliyin elmi-texniki nəşrləri, Nüvə Birləşməsi jurnalı, xəbər buliteyni, illik hesabatlları və digər nəşrləri vardır.