Beynəlxalq Enerji Agentliyi

 Beynəlxalq Enerji Agentliyi

Beynəlxalq Enerji Agentliyi (https://www.iea.org/), enerji sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxaq təşkilatdır.  O hökumətlər və sənaye sahələri ilə işləyərək hamı üçün təhlükəsiz və dayanıqlı enerji prinsiplərini formalaşdırır.

Beynəlxalq Enerji Agentliyinin (BEA) işi, enerji təhlükəsiziyini, təmiz enerjiyə keçidin izlənməsi, məlumatların toplanması, yaxud dünyada təlimlərin təşkil ediməsi sahəsində  müxtəlif proqram və təşəbbüsləri  ilə ölçülür.

BEA, qlobal enerji dialoqlarının mərkəzində dayanır. Ona 30 üzv ölkə və 8 asossiativ ölkə daxildir.

1974-cü ildə neft təchizatının təhlükəsizliyinin təmin olunması üçün yaradılan BEA illər ərzində fəaliyyət istiqamətini inkişaf etdirmişdir. Enerji təhlükəsizliyi əsas missiyası olaraq  qalsa da, BEA bugün qlobal enerji debatlarının mərkəzində dayanaraq, elektrik enerjisinin təhlükəsizliyindən sərmayələrə, iqlim dəyişikliklərinə və havanın çirklənməsinə,  enerjiyə əlçatanlıq və enerji səmərəlilik kimi digər geniş məsələllərin  mərkəzində dayanır.

Beynəlxalq Enerji Agentliyi dünya ölkələri üzrə bir çox statistik məlumatların bazalarını formalaşdıraraq müxtəlif təhlillərə və praqnozlara əsaslanan aylıq və illik nəşrlərə müəlliflik edir. Bu nəşrlərlə yanaşı məlumat bazaları da formalaşdırılır ki, bunların sadələşdirilmiş versiyaları ictimaiyyətə  açıq şəkildə təqdim olunsa da,  geniş versiyalarını ödəniş əsasında əldə etmək olur.

Beynəlxalq Enerji Agentliyinin nəşrləri dünyada müvafiq sahələrdə trendi formalaşdıran məcmuələr hesab olunub, orada verilmiş qənaətlərə və nəticələrdən  etibarlı məlumat mənbəyi kimi enerji ilə bağlı məsələllərdə geniş istinad edilir. Onun nəşrləri sırasında Aylıq Elektrik enerjisi. Qaz və Neft Statistik Hesabatları,  2050-ci ilə kimi sıfır karbon emissiyası: Qlobal Enerji sektoruna Yol xəritəsi adlı xüsusi nəşri,  illik nəşr olunan Dünyada enerji sərmayələri, Yeni yaranan və inkişaf etməkdə olan bazarlarda təmiz enerjiyə keçidin maliyyələşdirilməsi  və s kimi digər hesabatlar yer tutur.