2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Polşa firması qabaqcıl günəş panelləri istehsal zavodu açır
Günəşin Baltik İlahəsi adına Saule Texnologiyalar, şirkətin təsisçisi Olqa Malinkieviç tərəfindən ixtira edilən yeni çap prosedurundan istifadə etməklə günəş panelləri hazırlayıb.
Polşa şirkəti, günəş enerjisinə əlçatanlıqda inqilabi yanaşma qoyan perovskit texnologiyası əsasında günəş panelləri sənaye istehsal xəttini ilk dəfə olaraq işə başlatmışdır.
Günəşin Baltik ilahəsi adına Saule Texnologiyalar yeni çap prosedurundan istifadə etməklə günəş panellərinin lövhələrini hazırlayır. Bununla da, onlar laboratoriyadakı fəaliyyətlərini istehsal xəttində davam etdirməklə işin miqyasını artırmağa nail olublar.
Qabaqcıl texnologiya 10 ilə yaxın əməyin nəticəsi olmuşdur, lakin zavodun açılması, Avropa Birliyi ölkələrinin günəş enerjisi texnologiyaları ilə hədsiz bolluğu olduğu bir dövrünə təsadüf edir.
Perovskit örtüyü ilə lehimlənən fotovoltaik panellər yüngüldür, əyilən olub, hətta binanın içərisində elektrik istehsal edə bilmək üçün hər hansı səthi asanlıqla örtə bilər.
Perovskitlər üzrə çap prosedurunun tətbiqinə görə istehsal xərcləri aşağıdır ki, bu da aşağı hərarətdə belə panelləri istehsal etməyi mümkün edir.
İstifadə olunan texnologiya, fotovoltaik hüceyrə laylarının şəffaf plastik lövhələrə çapından ibarətdir. Panellər olduqca kiçik və iri istehsl oluna bilər və eləcə də ölçüsünə görə kəsilib azaldıla yaxud daha böyük sahəni əhatə edə bilmək üçün kley ilə yapşdırıla bilər.
Zavodunun açılışında Malinkieviç bildirmişdir ki, əhəmiyyətli dərəcədə səmərəlilik və enerji əldə edə bilmək üçün sintetik perovskitdən istifadə edilir. O, eləcə də tələbatı ilkin olaraq illik 40,000 m2 qiymətləndirmişdir ki, bu da zavodun istehsal gücündən artıqdır.
Məlumat, https://techxplore.com/ informasiya saytına istinadən təqdim edilir.