Enerji Məlumat Bazası

 Enerji Məlumat Bazası

Enerdata şirkəti Dünya Energetikası üzrə İllik Statistik Məcmuəsini təqdim edir. Məcmuə  ingilis (https://yearbook.enerdata.net/) və rus (https://yearbook.enerdata.ru/) dillərində  istifadəçilər üçün təqdim edilir.  Məlumat bazasında  dünyada ümumi enerji sərfi, emal olunmayan neft, neft məhsulları, təbii qaz, kömür, liqnit, elektrik enerji sərfi, bərpa olunan enerji və CO2 tullantıları üzrə statistik məlumatlar toplusu təqdim edilmişdir.  Portalda eləcə də qlobal enerji trendləri üzrə illik nəşrlər də təqdim edilir. Məlumatlar Eurostat, Eurogas, Euroelectric, Asiya İnkişaf Bankı, Beynəlxalq Bərpa Olunan Eneji Agentliyi, Dünya Kömür Asossasiyası, Dünya Enerji Şurası və digər beynəlxalq təşkilatların məlumat bazalarına əsaslanır.