“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi və “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının ləğv edilməsi barədə

 “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi və “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının ləğv edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR

“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi və “Qazdan istifadə
Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli
Qərarının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının
2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi
məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il
19 avqust tarixli 487 nömrəli Fərmanının 2.1.2.2-ci abzasının icrasını təmin etmək
məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Qazdan istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki:
2.1. istehlakçının tikinti obyektinin qaz təchizatı ilə bağlı qaz satıcısı ilə qazın
alqı-satqı müqaviləsinin bağlanılması “ASAN Kommunal” mərkəzləri yaradılmadığı
regionlarda bu mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata
keçirilir;
2.2. “Qazdan istifadə Qaydaları”nda Elektron Hökumət İnformasiya Sisteminin
xidmət kanalı üzərindən müvafiq sistem operatorunun informasiya sistemi vasitəsilə
həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin
sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt və ya
elektron poçt vasitəsilə həyata keçirilir.

3. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 452
(Cild I); 2024, № 3, maddə 336; 2025, № 9, maddə 879, № 12 (II kitab), maddə 1209)
ləğv edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 9 ” “ iyul ” 2026-cı il
№ 206