INTEC Energy Solutions şirkəti ilə EPRA şirkəti yeni əməkdaşlığa başlayıb

 INTEC Energy Solutions şirkəti ilə EPRA şirkəti yeni əməkdaşlığa başlayıb

INTEC Energy Solutions şirkəti ilə EPRA şirkəti arasında yeni əməkdaşlığın təməli qoyulub.

Əməkdaşlıq  “Azərbaycanda 50 MVt gücündə Şəms Günəş Elektrik Stansiyasının Şəbəkə Kodu Uyğunluğunun Təhlili” layihəsi çərçivəsində baş tutacaq. Layihə çərçivəsində şəbəkəyə təsirin qiymətləndirilməsi, şəbəkə koduna uyğunluq, torpaqlama, izolyasiya koordinasiyası, ildırım riski, mühafizə koordinasiyası üzrə aşağıdakı modelləşdirmə və simulyasiyaları yerinə yetiriləcəkdir.